|
Siyasət / 06.09.2008 10:37 Bu gün Pakistanda prezident seçkisi keçirilir
Artəq parlamanetin üzvləri və dörd əyalətin assambleyası prezident seçkisində səsverməyə başlayıblar
Bu gün Pakistanda prezident seçkisi keçirilir. Artəq parlamanetin üzvləri və dörd əyalətin assambleyası prezident seçkisində səsverməyə başlayıblar. Bu gün Paksitanda ötən ay istefaya gedən Pərviz Müşərrəfin sələfi müəyyənləşəcək. Gözlənilir ki, seçkidə qələbəni Asif Əli Zərdari qazanacaq. O, Pakistanın keçmiş Baş naziri mərhumə Bənazir Bhuttonun əridir. Onun partiyası isə hazırda koalisiya hökumətinə rəhbərlik edir. Seçkinin nəticələri bu gün elan ediləcək. Qeyd edək ki, Pakistanda birbaşa seçki yoxur. Dövlət başçısının kim olacağını 1170 seçici həll edir. 100 nəfər parlamentin Yuxarı palatası –Senatı, 342 nəfər isə Aşağı palata-Milli Assambleyanı təmsil edir. Digər səslər isə Pakistanın dörd əyalətinin assambleyaları arasında bölünüb. Pencaba 371 səs, Sinduya- 168, Şimal-qərb sərhəd əyalətinə -124, Belucistana isə 65 səs düşür./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|