|
Din / 06.09.2008 01:35 İslam peyğəmbərini təhqir edən növbəti addım atılıb
Amerikalı jurnalist Şir Consun yazdığı yeni kitabda Hz Muhammədin (əs) xanımları ilə yaşadığı cinsi həyatı təsvir olunub
Amerikalı jurnalist Şir Cons, İslam peyğəmbəri Hz. Məhəmmədin (ə.s.) xanımları ilə əlaqələrindən bəhs edən “Mədinənin Cövhəri” adlı kitab hazırlayıb. BBC-nin yaydığı məlumata görə, kitabda peyğəmbərin intim həyatından bəhs edilməsi müsəlmanların sərt reaksiyası ilə qarşılaşıb. Xəbər mənbəyi kitabın İngiltərədə nəşr olunacağını bildirib. İslam alimləri və müsəlman din xadimləri kitabda yazılan məlumatların həqiqətdən uzaq olduğunu və İslam tarixi ilə bağlı səhv mülahizələrə səbəb olacağını bildirib. Kitabın müəllifi isə, bu əsərində İslam dininə və Hz. Məhəmmədə (ə.s.) qarşı hörmətlə yanaşdığını iddia edib və bu kitabın mədəniyyətlər arasında körpü rolunu oynayacağına inandığını deyib. Ancaq Amerikanın Texas Universitetinin İslam tarixi araşdırmaçısı professor Denis Spilberq bu kitabda tarixin məqsədli olaraq təhrif edildiyini bildirib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|