|
İqtisadiyyat / 06.09.2008 01:24 Avrozona ölkələrində inflyasiya yüksək həddədir
Avropa Mərkəzi Bankının proqnozlarına görə gələn il inflyasiyanın səviyyəsi aşağı düşəcək
Gələn il Avrozona ölkələrində inflyasiyanın səviyyəsi azalacaq. Bu barədə Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe keçirilən mətbuat konfransında məlumat verib. Mərkəzi Bankın proqnozlarına görə bu il inflyasiyanın səviyyəsi orta hesabla 3,4 faiz, gələn il isə 2,4 faiz olacaq. Bank rəhbərinin sözlərinə görə tədqiqatlar 2008 - ci ildə ümum daxili məhsulun artımın 1,1 və 1,7 faiz, gələn ildə isə, 0,6 və 1,8 faiz olacağını göstərir. Trişe deyib ki, yaxın vaxtlarda inkişaf edən ölkələrin iqtisadiyyatının davamlığı artacaq. Mütəxəssislərin fikrincə iqtisadi proqnozlar üzrə bütün qeyri - müəyyənliklər xammal, enerji daşıyıcıları və ərzağın qiymətinin artımı ilə əlaqədardır. Bu risklər gələcəkdə maliyyə bazarının gərginliyinə, və öz növbəsində, real iqtisadiyyata təsir göstərəcək. Qeyd edək ki, “Avrostat” agentliyinin məlumatına əsasən, Avrozonaya daxil olan 15 ölkədə ötən ay inflyasiya səviyyəsi 3,8 faiz olub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|