|
Hadisə / 06.09.2008 00:47 Avropa Birliyi Haitiyə 2 milyon avro vəsait ayırıb
Vəsaitdən «Hanna» qasırğası nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün istifadə olunacaq
Avropa Birliyi Haitidə «Hanna» qasırğası nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 2 milyon avro vəsait ayırıb. Avropa Birliyinin nümayəndələri bildiriblər ki, on minlərlə adamın yardıma ehtiyacı var. Çünki qasırğa Haitinin bütün ərazisini əhatə edib. Təxminən 70 min adam çadır şəhərciklərində yaşamağa məcburdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|