|
İqtisadiyyat / 06.09.2008 01:24 Azərbaycanın qeyri-neft sektorunda inkişaf etməsi üçün yaxşı şərait var
“Baker and McKenzie” şirkətinin Azərbaycandaki nümayəndəsi Daniyel Metyuzun sözlərinə görə, son illər Azərbaycanda biznes mühiti nisbətən yaxşılaşıb
Azərbaycanın neftdən sonrakı inkişafı istehsal və bankçılıq sahələri ilə bağlı olacaq. Amerikanın “Baker and McKenzie” şirkətinin Azərbaycandaki nümayəndəsi Daniyel Metyuzun sözlərinə görə, son illər Azərbaycanda biznes mühiti nisbətən yaxşılaşıb.
“Son 10 ildə Azərbaycanda biznes mühiti yaxşilaşib. Ölkəyə sərmayə axını güclənib. İndi daha çox hüquqi məsələlərə diqqət yetirmək lazımdır. Düzdür bu səhədə irəliləyiş var. Amma bəzi məsələlərə, xüsusilə, mülkiyyətin qeydiyyatdan keçirilməsi və banklara girov qoyulması ilə bağlı mülki məcəllədə boşluqlar qalmaqdadır. Azərbaycanın neftdən sonra hansı sahəsinin daha güclü inkişaf etdəcəyini qabaqcadan söyləmək çətindir. Amma onu deyə bilərəm ki, Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək üçün böyük imkanları var. Məsələn bank, sığorta, turizm maşınqayırma və bəzi istehsal sahələrini inkişaf etdirmək olar”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|