|
Hərb / 30.08.2008 12:52 Şimali Qafqazda vəziyyət yenidən gərginləşib
Dağıstanda milis əməkdaşları güllələnib, Çeçenistanda isə iki kamikadze özünü partladıb
Şimali Qafqazda vəziyyət yenidən gərginləşib. Çeçenistanın Şali rayonunda iki kamikadze Uaz markalı avtomobildə Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının «Cənub» batalyonunun ərazisinə daxil olaraq özlərini partladıblar. Hadisə nəticəsində 1 hərbçi həlak olub, 9-u yaralanıb. Partlayışı törədənlərin hər ikisi həlak olub.
Dağıstanda isə Cemikent yaşayış məntəqəsi yaxınlığındakı post-patrul xidmətinin postu yaxınlığında milis əməkdaşları güllələnib. Posta yaxınlaşan "Qazel" markalı avtomaşından açılan atəş nəticəsində 1 milis nəfəri həlak olub. Cinayətkarlar hadisə yerindən qaça biliblər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|