|
Hadisə / 29.08.2008 16:28 Dövlət Dəmir Yolunun Yalama stansiyasının təhlükəsizlik xidmətinin rəis müavini elektrovozun altında qalıb
40 yaşlı İsgəndər Əlizadənın bir ayağı amputasiya edilib
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Dəvəçi rayon ərazisində, Çağrı-Sarvan mənzilində, Yalamadan gedən yolda bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, Dövlət Dəmir Yolunun Yalama stansiyasında yüklərin və obyektin təhlükəsizlik xidmətinin rəis müavini, 40 yaşlı İsgəndər Əlizadə elektrovozun altında qalıb. Verilən məlumata görə, hadisə təsadüf nəticəsində baş verib. Nəticəsində İ. Əlizadə ayaqlarından ciddi xəsarət alıb. İ.Əlizadə xəstəxanaya çatdırılıb və sol ayağının dizdən aşağı hissəsi amputasiya edilib. Hazırda onun vəziyyəti ağırdır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|