|
İqtisadiyyat / 29.08.2008 14:49 Gürcüstan Dəmir Yolu Şirkəti bütün istiqamətlər üzrə reysləri sentyabrın 1-dən bərpa edəcək
Bu barədə şirkətinin rəhbəri İrakli Qruzba məlumat verib
Gürcüstan Dəmir Yolu Şirkəti bütün istiqamətlər üzrə reysləri sentyabrın 1-dən bərpa edəcək. Bu barədə şirkətinin rəhbəri İrakli Qruzba məlumat verib. Onun sözlərinə görə, əsasən Batumi, Ozurqeti, Poti və Zuqdidi istiqamətlərindəki dəmir yolu hərəkəti bərpa olunacaq. Artıq bu gün həmin reyslərə bilet əldə etmək olar. Yük daşımalarına gəldikdə isə, onlar artıq həyata keçirilməyə başlayıb və ilk olaraq bazar ertəsi yığılıb qalmış yüklərin qatarlara yüklənməsi həyata keçiriləcək./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|