|
İqtisadiyyat / 29.08.2008 15:01 Ermənistan prezidenti ölkəsində yanacaq qıtlığının yarandığını etiraf edib
Serj Sarkisyan: «Bölgədə qeyri-sabitliyin Ermənistanın xeyrinə olmadığı açıq bir reallıqdır»
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin CNN kanalına müsahibəsində Rusiya-Gürcüstan münaqişəsi nəticəsində ölkəsində yanacaq qıtlığının yarandığını etiraf edib. O bildirib ki, Ermənistan xarici ticarətinin 70 faizini məhz Gürcüstan vasitəsilə həyata keçirir və regionda yaranmış vəziyyətin daha da uzanması rəsmi İrəvanın problemlərini çoxaldacaq. «İki günə problemin həll ediləcəyini gözləyirəm. Bölgədə qeyri-sabitliyin Ermənistanın xeyrinə olmadığı açıq bir reallıqdır. Bizim sabitliyə ehtiyacımız var. Gərginliyin üç ay və ya üç il uzanması problemlərimizi daha da artıracaq. Gürcüstanda sülh və sabitlik bizim üçün çox vacibdir. Hər şeydən əvvəl ticarətimizin 70 faizindən çoxunu Gürcüstan üzərindən edirik»,-deyə Sarkisyan qeyd edib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|