|
Siyasət / 29.08.2008 14:53 Qarabağ Azadlıq Təşkilatı Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib
“Rusiya Qafqazdan çıx” şüarı ilə müşayiət olunan aksiyada, iştirakçılar bəyanatlarını Rusiya səfirliyinin nümayəndəsinə təqdim ediblər
Bu gün Qarabağ Azadlıq Təşkilatı Rusiyanın Gürcüstana qarşı törətdiyi əməllərini pisləmək məqsədi ilə Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. “Rusiya Qafqazdan çıx” şüarı ilə müşayiət olunan aksiyada, iştirakçılar bəyanatlarını Rusiya səfirliyinin nümayəndəsinə təqdim ediblər . Bəyanatda deyilir ki, Rusiya öz hərbi qüvvələrini Gürcüstan ərazisindən, ümumiyyətlə regiondan və xüsusən də Qarabağdan çıxarmalıdırlar. Bəyanatda Rusiya öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarması tələb edilir. Piket insidentsiz başa çatıb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|