|
Din / 29.08.2008 14:09 Bu gün Şəhidlər məscidinə gələnlərə məscidin həyətində namaz qılmağa icazə verilməyib
ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polislər əhalini məscidin ətrafından uzaqlaşdırıb
Bu gün Şəhidlər Xiyabanının yaxınlığında yerləşən məscidə cümə namazı üçün gələnlərin qarşısı polislər tərəfindən alınıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ərazidə 10-a yaxın polis maşını var. Polislər məscidə gələnlərə bildiriblər ki, yalnız məscidin daxilində namaz qılmaq olar. Məscidin həyətində və ətrafında isə namaz qılmaq qadağandır. Bu səbəbdən də polislər əhalini məscidin ətrafından uzaqlaşdırıblar. Qeyd edək ki, bu vaxtadək məscidin binası namaz qılmaq üçün gələnlərə yetmədiyindən dindarların çoxu məscidin həyətindəki yaşıllıqda namaz qılırdı. Cümə namazına gələnlər isə onlara əvvəlcədən xəbərlarlıq edilmədiyini bildiriblər./ANS PRES/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|