|
Hərb / 29.08.2008 13:29 Rusiya sülməramlıları tərəfindən avqustun 20-də Kodor dərəsində əsir götürülmüş 17 gürcü hərbçisi geri qaytarılıb
Rus sülməramlıları isə dərənin yuxarı hissəsində yerlərini dəyişməklə mövqelərini daha da möhkəmləndirir
Rusiya sülməramlıları tərəfindən avqustun 20-də Kodor dərəsində əsir götürülmüş 17 gürcü hərbçisi geri qaytarılıb. Qaytarılan gürcü hərbçiləri rus əsirliyində olarkən ciddi bir problemlə qarşılaşmadıqlarını deyiblər. Qeyd edək ki, hərbçilər Amerika tərəfindən humanitar yardım gətirən "Hammer"lərlə birlikdə saxlanılmışdılar. ABŞ Rusiyadan müsadirə edilmiş 5 “Hammer” maşınının hesabını tələb edə bilər. Bu barədə Los-Angelos Times qəzeti yazır. Qəzetin yazdığına görə, hərbi təyinatlı avtomobillərin biri 540 min dollar dəyərindədir. Hər 5 avtomobil Gürcüstan ordusunun məşqləri üçün Potiyə göndərilib. Rus sülməramlıları isə dərənin yuxarı hissəsində yerlərini dəyişməklə mövqelərini daha da möhkəmləndirir. Gürcü-osetin münaqişə zonasında sülhü dəstəkləyən kollektiv qüvvələrin komandanı Sergey Çaban bildirib ki, hazırda bura sülməramlı batalyon yerləşdirilib. “Batalyon Kodor dərəsinin yuxarı hissəsinin hərbsizləşdirilməsi ilə məşğuldur. Burada nizam-intizama əməl etmək üçün sakinlər də öz yerlərinə qayıdıb”. Poti üzərində iki rus helikopteri görünüb. “Mi-24” və “Mi-8” tipli helikopterlər əvvəlcə özlərinə məxsus postlarda fırlanaraq sonra gürcülərin olduğu bazalara yaxınlaşıblar. Müşahidəçilərin dediyinə görə, helikopterdə Rusiya Müdafiə Nazirliynin rəsmiləri olub. Bir neçə gün bundan qabaq rusların buranı tərk edəcəyi barədə bəyanatına baxmayaraq onlar Potidə öz mövqelərini möhkəmləndirməklə məşğuldurlar./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|