|
İç Xəbər / 29.08.2008 12:34 Avqustun 31-də hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Güclü şimal küləyi fonunda temperatur bir qədər enəcək, havanın dəyişilməsi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq
Avqustun 29-30-da Abşeron yarımadasında zəif və mülayim gilavar küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havada rütubətlilik normadan çox olacaq. Bu isə ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Avqusutn 31-də isə gündüz güclü şimal küləyi fonunda temperatur bir qədər enəcək. Havanın sərinləməsi müsbət amil olsa da, havanın dəyişilməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|