|
Siyasət / 29.08.2008 12:26 ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Bakıya gəlir
Uzunmüddətli müşahidəçilər rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaqlar və seçkiyə kimi onların sayı 30-a çatacaq
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırles sentyabrın 1-də Bakıya gəlir.
ATƏT-in Bakı Ofisindən verilən məlumata görə, B. Fırleslə birgə missiyanın əsas üzvlərindən olan daha 7 müşahidəçi də Azərbaycana gələcək. Uzunmüddətli müşahidəçilər rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaqlar və seçkiyə kimi onların sayı 30-a çatacaq.
Seçki günü isə ATƏT müşahidəçilərinin sayı 460 nəfər təşkil edəcək. Onlar respublikanın bütün bölgələrində müşahidə aparacaqlar. /APA/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|