|
Siyasət / 29.08.2008 12:23 «Seçki 2008» koalisiyasının üzvləri USAİD-in nümayəndəsi ilə görüşüblər
Görüşdə ölkədə 15 oktyabrda keçiriləcək prezident seçkisi ilə bağlı vəziyyət müzakirə edilib
«Seçki 2008» koalisiyasının üzvləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya və İdarəçilik idarəsinin Azərbaycandakı ofisinin rəhbəri Cou Taggart ilə görüşüblər. Koalisiyadan verilən məlumata görə, görüşdə koalisiyanın koordinatoru Vahid Qazi USAİD rəsmisinə «Seçki 2008»in fəaliyyət planları barədə məlumat verib. C.Taggart da USAİD-in seçkiqabağı gördüyü işlərdən və seçkiqabağı Bakı ofisinin fəaliyyət istiqamətlərindən danışıb. Görüşdə ölkədə 15 oktyabrda keçiriləcək prezident seçkisi ilə bağlı vəziyyət müzakirə edilib. Qeyd edək ki, oktyabrın 15-də keçiriləcək prezident seçkisi ilə bağlı 4 qeyri-hökumət təşkilatı “Seçki 2008” adlı QHT Koalisiyası yaradıb. Koalisiyaya “İnam” Plüralizm Mərkəzi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi daxil olub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|