|
İqtisadiyyat / 29.08.2008 12:01 İran milli valyutasının- rialın denominasiyası həyata keçiriləcək.
Bununla belə, yeni pul vahidinin dizaynı rialın 10 min dəfə denominasiya ediləcəyini göstərir
İran milli valyutasının- rialın denominasiyası həyata keçiriləcək. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu barədə İran Mərkəzi Bankının vitse-prezidenti Hüseyn Qəzavi bildirib. Amma o, pul islahatının nə zaman həyata keçiriləcəyini və neçə rəqəmin silinəcəyi barədə danışmayıb. Bununla belə, yeni pul vahidinin dizaynı rialın 10 min dəfə denominasiya ediləcəyini göstərir. Qeyd edək ki, İranda 500 min və 1 milyon rial dəyərində yeni əskinaslar bir neçə həftə əvvəl dövriyyəyə buraxılıb. Onların əks tərəfində 50 və 100 rəqəmləri yazılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|