|
Hadisə / 29.08.2008 12:08 Bu gecə Nərimanov rayonunda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb
"Opel” yüksək sürətlə hərəkət edən zaman “Şaqman” markalı yük avtomobilinin arxa hissəsinə dəyərək idarəetməni itirib və ışıq dirəklərindən birinə çırpılıb
Bu gecə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində “Opel” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman “Şaqman” markalı yük avtomobilinin arxa hissəsinə dəyərək idarəetməni itirib və ışıq dirəklərindən birinə çırpılıb. ANS TV-nin məlumatına görə, hadisə yerinə dərhal Nərimanov rayon dövlət yol olis şöbəsinini və polis idarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi Vüqar Əhədovun ANS TV-yə verdiyi məlumata görə, hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü Zaur Ramazan oğlu Mustafayevin həyat yoldaşı Emilya Mustafayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan başqa sürücünün Alsu Mustafayeva adlı qızı və qaynanası Qətibə Əliyeva müxtəlif bədən xəsarətləri alıblar. Kliniki tibbi mərkəzdən verilən məlumata görə, yol qəzasından sonra xəstəxanaya gətirilən iki yaşlı Alsu Mustafayevanın və 53 yaşlı Qətibə Əliyevanın vəziyyətləri ağır olduğundan onlar mərkəzin reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdiriliblər. Qeyd edək ki, yol nəqliyyat hadisəsi baş verən zaman “Opel”in dəydiyi yük avtomobili hərəkətdə olmayıb. Yük maşının sürücüsünün sözlərinə görə, qəza baş verən an onun avtomobili nasaz vəziyyətdə yol kənarında dayanmış olub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|