|
Siyasət / 29.08.2008 11:40 Mixail Saakaşvili: «Rusiyanın köləsi olmaqdansa, Avropaya tabe olmağa üstünlük veririk»
«Biz özümüzü Avropa ölkəsi sayırıq, Avropaya və NATO-ya ehtiyacımız var»
Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Gürcüstanın NATO-ya ehtiyacı var: «Və biz Rusiyanın köləsi olmaq istəmirik». Gürcü lideri Rusiyanın Qafqazdan keçən enerji dəhlizlərini nəzarətdə saxlamaq niyyətində olduğunu da qeyd edib. Onun sözlərinə görə, Rusiya enerji dəhlizlərini nəzarətə götürmək üçün təkcə Gürcüstana qarşı müharibəyə başlamayıb, həm də bütün Qafqaz regionunu böhran vəziyyətinə salıb. Bundan sonra növbə Baltikyanı ölkələrindir. «İstənilən halda bütün dünya müharibə təhlükəsi ilə üz-üzədir. Biz özümüzü Avropa ölkəsi sayırıq, Avropaya və NATO-ya ehtiyacımız var. Rusiyanın köləsi olmaqdansa, Avropaya tabe olmağa üstünlük veririk,-deyə Mixail Saakaşvili qeyd edib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|