|
İqtisadiyyat / 29.08.2008 11:14 Dünyada hər beş nəfərdən biri kasıblıq həddində yaşayır
Dünya Bankının araşdırmalarına görə, hazırda belə insanların sayı 1,4 milyard təşkil edir
Dünyada hər 5 nəfərdən biri kasıblıq həddində yaşayır. Dünya Bankının araşdırmalarına görə, hazırda belə insanların sayı 1,4 milyard təşkil edir. 2015-ci ilə qədər bu rəqəmin 1 milyarda qədər azalacağı gözlənilir. Qeyd edək ki, bank bu rəqəmi dünya əhalisinin alıcılıq qabiliyyətinə görə müəyyənləşdirib. Bundan əvvəl kasıb yaşayanlar gündəlik xərci 1 dollardan az olanlar hesab olunsa da, indi isə bu hədd 1,25 dollara qədər artırılıb. Qeyd edək ki, 1981-ci ildən indiyə kimi dünya əhalisinin kasıb təbəqəsinin sayı 52 faizə qədər azalıb. Ekspertlərin proqnozlarına görə, gələcəkdə dünyanın səfalət mərkəzləri Afrika, Şərqi Avropa və Mərkəzi Asiya olacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|