|
İqtisadiyyat / 29.08.2008 11:03 Sosial müavinətlərin artırılması ilə bağlı fərman 287 min nəfərə şamil olunacaq
Artımları maliyyələşdirmək üçün hər ay dövlət büdcəsindən əlavə 2,9 milyon manat vəsait ayrılacaq
«Azərbaycanda sosial müavinətlərin artırılması ilə bağlı ölkə prezidentinin imzaladığı fərman 287 minə yaxın insana şamil olunacaq». Bu barədə ANS TV-yə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov məlumat verib. Onun sözlərinə görə, artımları maliyyələşdirmək üçün hər ay dövlət büdcəsindən əlavə 2,9 milyon manat vəsait ayrılacaq. Vüqar Həsənovun sözlərinə görə, müavinətlər 286 min 451 nəfərə şamil olunub: «Orta hesabla sosial müavinətlərin məbləği 50 faiz artılırılıb. Bu artım ilk növbədə yaşa görə müavinət alanlara şamil olunub. İndiyədək 30 manat alırdılarsa, sentyabrdan 45 manat alacaqlar». /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|