|
İqtisadiyyat / 29.08.2008 10:38 Taxıl biçini əldə olunan rekord nəticələrlə başa çatıb
863 min sahədən 2,3 milyon tondan artıq taxıl yığılıb ki, bunun da təxminən 70 faizi ərzaq buğdasıdır
Azərbaycanda taxıl biçini əldə olunan rekord nəticələrlə başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 863 min sahədən 2,3 milyon tondan artıq taxıl yığılıb ki, bunun da təxminən 70 faizi ərzaq buğdasıdır. Bu isə ölkə əhalisinin ərzaq buğdasına tələbatının 80-85 faizi deməkdir. Ümumiyyətlə isə, ötən illə müqayisədə bu il yığılan taxılın miqdarı 500 min ton, ərzaq buğdasının miqdarı isə 350 min ton artıb. Qeyd edək ki, payızda daha 620 min hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|