|
Siyasət / 29.08.2008 09:59 Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə bir günlük işgüzar səfərə gedir
Məmmədyarov Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Ali Babacanla görüşəcək
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə bir günlük işgüzar səfərə gedir. Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, cənab Məmmədyarov paytaxt Ankarada Türkiyə prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Ali Babacanla görüşəcək. Danışıqlar zamanı Gürcüstanda baş verən hadisələrdən sonra Qafqazda yaranmış vəziyyət, o cümlədən də, Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü «Qafqazda sabitlik və əməkdaşlıq platforması» ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir . Qeyd edək ki, hələlik bu məlumat Xarici İşlər Nazirliyi tərəfindən nə təkzib, nə də ki, təsdiq olunur. Regiondakı vəziyyətlə əlaqədar bazar günü Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili, gələn həftə isə Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun Türkiyənin İstanbul şəhərinə səfərləri planlaşdırılır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|