|
Hərb / 29.08.2008 10:05 Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-də saat 12.10-dan 12.30-dək, 13.20-dən 13.40-dək və avqustun 29-da saat 00.15-dən 00.55-dək fasilələrlə Ermənistanın Berd rayonu Mosesqex, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi, Ağdam kəndi və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, avqustun 28-də saat 12.55-dən 13.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 29-da saat 06.30-dan 06.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|