|
Siyasət / 28.08.2008 23:41 Makedoniyada təyyarə qəzası baş verib
Qəza nəticəsində təyyarənin pilot və 3 sərnişindən ibarət 4 nəfərlik heyəti ölüb
Makedoniyanın Şimalında kiçik bir sərnişin təyyarəsi qəzaya uğrayıb. “Anadolu agentliyi”nin yaydığı məlumat görə, qəza nəticəsində təyyarənin pilot və 3 sərnişindən ibarət 4 nəfərlik heyəti ölüb. Məlumata görə, özəl bir şirkətə aid “Cessna Z3-DCV” markalı təyyarə Oxri şəhəri yaxınlığında Pravaslavların dini bayram qeyd etdikləri Skrebetnoya gedərkən qəzaya uğrayıb. Hadisənin təyyarə enişə keçərkən bir avtomobillə toqquşması nəticəsində baş verib. Xəbər mənbəyi avtomobildə olan uşağa heç nə olmadığını bildirib. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|