|
Siyasət / 28.08.2008 22:41 Gürcüstandakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq
Açıq iclas Bakı vaxtı ilə avqustun 30-na keçən gecəyə təyin olunub
Sabah Bakı vaxtı ilə saat 00.00-da BMT Təhlükəsizlik Şurasının Gürcüstandakı vəziyyətlə bağlı açıq iclası keçiriləcək. Məlumatı BMT-nin mətbuat xidməti yayıb. İclas rəsmi Tiflisin xahişi işə çağırılıb. Bu xahişə Təhlükəsizlik Şurasındakı məsləhətləşmələrdən sonra müsbət cavab verilib. BMT Təhlükəsizlik Şurasının sədri, Belçikanın BMT yanında daimi nümayəndəsi Yan Qraulç bildirib ki, müzakirələrdə Abxaziya və Cənubi Osetiya təmsilçilərinin iştirakı məsələsinə hələlik baxılmayıb. Onun sözlərinə görə, bununla bağlı yekdil fikir mövcud deyil. Xatırladaq ki, ABŞ nümayəndə heyətindəki mənbə bildirmişdi ki, rəsmi Vaşinqton, Suxumi və Sxinvali təmsilçilərinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakına yol verməyəcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|