|
Mədəniyyət / 29.08.2008 01:14 Vətənpərvər mahnı müsabiqəsinin qalibləri bu gün elan ediləcək
Bu il müsabiqəyə 52 mahnı təqdim edilib və onların arasında 3 qalib seçilib
Çingiz Mustafayev Fondu və ANS ÇM radiostansiyasının Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə həsr etdiyi vətənpərvər mahnı müsabiqəsinə artıq yekun vurulub. Müsabiqənin keçirilməsində məqsəd ən yaxşı vətənpərvər mahnı müəllifini müəyyən etməklə yanaşı, ölkənin efir məkanında bu tip mahnıların daha çox səslənməsinə nail olmaqdır. Bu il müsabiqəyə 52 mahnı təqdim edilib. Onlardan 3 qalib seçilib. ANS ÇMİ radiostansiyasının departament rəhbəri Aytən Zeynalovanın sözlərinə görə, müsabiqənin keçirildiyi 4 il ərzində 476 mahnı təqdim olunub və 15 qalib müəyən edilib. O bildirib ki, ildən-ilə təqdim olunan mahnılarda peşəkarlığın artması hiss olununr. Bu il təqdim olunan mahnıların çoxu rok janrında olub. Xatırladaq ki, vətənpərvər mahnı müsabiqəsi artıq 4-cü ildir ki, keçirilir. Müsabiqənin əsas şərti isə təqdim olunan mahnıların yeni olması, heç bir televiziya və radiostansiyada səsləndirilməməsidir. İstənilən musiqi janrında olan mahnılar avqustun 25-dək ANS ÇM radiosuna təqdim olunmalı idi. Heç bir məhdudiyyət qoyulmayan müsabiqədə qalib gələn mahnılar ANS ÇM dalğasında yayım imkanı da qazanır. Qaliblər ənənəvi olaraq bu gün-Milli Qəhrəman Çingiz Mustafayevin doğum günündə elan ediləcək. 1-ci yerin sahibinə 500, 2-ci yerə 300, 3-cü yerin qalibinə isə 200 manat pul mükafatı təqdim ediləcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|