|
Siyasət / 28.08.2008 22:07 Gürcüstan parlamenti Rusiya ordusunu işğalçı adlandırdı
«Cənubi Osetiya və Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş Gürcüstan əraziləridir»
Gürcüstan parlamenti bu gün «Rusiya Federasiya tərəfindən Gürcüstan ərazilərinin işğalı» adlı qətnamə qəbul edib. Sənədə yekdilliklə 106 deputat səs verib. Qətnamədə Rusiya Federasiyası Silahlı Qüvvələri işğalçı adlandırılır: «Parlament, Cənubi Osetiya və Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş Gürcüstan əraziləri elan edir». Bundan başqa, parlament, ölkə ərazisindəki Gürcüstan ordusu istisna olmaqla bütün silahlı birləşmələrin qanunsuz olduğunu bildirib. Hökumətə tövsiyyə olunub ki, Rusiya silahlı birləşmələrinin Gürcüstan ərazisində yerləşməsi ilə bağlı bütün razılaşmalar ləğv olunsun. Parlament Baş prokurorluğa tapşırıb ki, Rusiya tərəfindən işğal olunmuş ərazilərdə etnik təmizləmə faktlarını araşdırsın. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|