|
Hadisə / 28.08.2008 21:58 ABŞ Gürcüstana 5,7 milyon dollar vəsait ayırıb
Vəsait, gürcü-osetin münaqişəsi zamanı zərər çəkənlər üçün nəzərdə tutulub
ABŞ prezidenti Corc Buş, gürcü-osetin münaqişəsi zamanı zərər çəkənlərə yardım üçün 5,7 milyon dollar vəsait ayırıb. Məlumatı «Reuters» agentliyi yayıb. Məlumatda deyilir ki, ABŞ prezidenti həmin vəsaitin xüsusi fonddan ayrılması barədə sərəncam verib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|