|
Kriminal / 28.08.2008 21:54 61 yaşlı Qusar sakinini bıçaqlayan tutulub
Cəllad Zəkiyev, «cəlladlığ»ından peşman olmadığını bildirib
Ötən gecə Qusarda 1947-ci il təvəllüdlü Adobəy Aslanov qarın nahiyəsindən bıçaqlayan şəxs saxlanılıb. Qusar Rayon Polis Şöbəsinin Samur polis bölməsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Qusarın Hiloba kənd sakini, 1952-ci il təvəllüdlü Cəllad Zəkiyev törədib. O, ANSPRESS-in bölgə müxbirinə müsahibəsində Adobəy Aslanovu namus üstündə bıçaqladığını bildirib: «Cəlladlıq etmişəm və bundan peşman deyiləm. Onu öldürmək istəyirdim. Lakin gücüm çatmadı». Faktla bağlı toplanmış materiallar Qusar RPŞ-nin istintaq bölməsinə verilib. Müstəntiq Rəşad Yunisovun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 126.1. (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, bu maddə ilə ittiham olunan şəxsləri üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|