|
Hadisə / 28.08.2008 21:03 Türkiyədə baş vermiş növbəti terror hadisəsində 1 nəfər ölüb
Terrorçuların basdırdığı minaya düşən hərbi avtomobildə daha 5 nəfər müxtəlif bədən xəsarəti alıb
Türkiyədə növbəti terror hadisəsi baş verib. “Cihan” xəbər agentliyinin yaydığı məlumata görə, Hakkari vilayəti Yüksekova rayonunun Dərəcik ərazisində kəndin könüllü müdafiəçilərini aparan avtomobil PKK terrorçularının döşədiyi minaya düşüb və terrorçuların intensiv atəşinə məruz qalıb. Baş vermiş insident nəticəsində bir kənd könüllüsü ölüb, 2 əsgər ilə 3 kənd könüllüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hərbçilərin 2 helikopterlə müdaxiləsindən sonra terrorçular qaçmağa müvəffəq olublar. Hazırda terrorçuların tapılması üçün ərazidə hərbi əməliyyatlar davam edir. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|