|
Siyasət / 29.08.2008 00:20 Gürcüstan ərazisindəki nəqliyyat infrastrukturundan istifadə artıq təhlükəsizdir
Birləşmiş Ştatlar höküməti isə Gürcüstana konkret iqtisadi yardım göstərməyə hazır olduğunu bildirib
Gürcüstan ərazisindəki nəqliyyat infrastrukturundan istifadə artıq təhlükəsizdir. Bunu qonşu ölkənin iqtisadiyyat naziri Yekaterina Şaraşidze bəyan edib. Onun sözlərinə görə dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatında bütün obyektlər artıq yoxlanılıb. Onların hamısı yaxşı və maneəsiz işləyir. Birləşmiş Ştatlar höküməti isə Gürcüstana konkret iqtisadi yardım göstərməyə hazır olduğunu bəyan edib. Bu barədə xarici işlər naziri Eka Tkeşelaşvili ilə görüş zamanı Birləşmiş Ştatlar dövlət katibinin iqtisadi və maliyyə məsələləri üzrə müavini Ruben Cefri məlumat verib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|