|
İqtisadiyyat / 28.08.2008 20:27 Azərbaycanda bitki yağlarının qiyməti bahalaşıb
Yağ istehsalçıları isə bildiriblər ki, bu, satıcılardan asılı olan süni bahalaşmadır
Ölkədə bitki yağalarının qiyməti artıb. Satıcıların sözlərinə görə, son 15 gün ərzində bitki yağalarının qiyməti 10 faizə qədər bahalaşıb. Məsələn əgər 15 gün bundan əvvəl qarğıdalı yağı 2 manat 90 qəpiyə satılırdısa indi bu yağın qiyməti 3 manat 20 qəpik olub. Ölkədə yerli yağ istehsalçıları olan şirkətlər isə ANS-ə bildirblər ki, onlar yağın qiymətində heç bir dəyişiklik etməyiblər. Onların sözlərinə görə indi yağın qiymətindəki artım dükan sahiblərindən asılıdır. İsteshalçılar deyir ki, ölkə daxilində bitki yağlarının istehsal olunması dünya bazarında bu məhsulun qiymət artımından onu sığortalayıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|