|
Kriminal / 28.08.2008 18:26 Özünü Abşeron rayon İcra Hakimiyyətinin məsul şəxsi kimi təqdim edərək dələduzluqla məşğul olan şəxsə hökm oxunub
Akif Məmiyev 10 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə özünü Abşeron rayon İcra Hakimiyyətinin məsul şəxsi kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub. Məhkəmədən ANS PRESS-ə verilən məlumata götrə, Laçın rayonundan məcburi köçkün olan Akif Məmiyev 2007-ci ilin may ayından başlayaraq özünü Abşeron rayon İcra Hakimiyyətinnin torpaq şöbəsinin əməkdaşı kimi təqdim edərək, vətəndaşlara külli miqdarda ziyan vurub. O, torpaq almaq adı ilə aldadatdığı şəxslərin ümumilikdə 51700 dollar manat pulunu məinmsəyib. Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş var. Hakim Ağababa Babayevin sədrlik etdiyi məhkəmənin hökmü ilə A. Məmiyev 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) və vəzifəli şəxsin səlahiyytətini mənimsəmə (310-cu) maddələri ilə ittiham olunub.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|