|
Kriminal / 28.08.2008 18:11 Humanitar Elmlər Gimnaziyasinın riyaziyyat müəlliməsinin qətlində təqsirləndirilən şəxslərə hökm oxunub
Məhkəmənin hökmü Adil Fərzəliyev və Əmir Qasımov 15, Nəsibə Abdullayeva isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Humanitar Elmlər Gimnaziyasinın riyaziyyat müəlliməsi Məlahət Şükürovanın qətlində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, hakim Ağababa Babayevin sədrlik etdiyi məhkəmənin hökmü Adil Fərzəliyev və Əmir Qasımov 15, Nəsibə Abdullayeva isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə ittiham olunublar. İttiham aktına görə, təqsirləndirilən A.Fərzəliyev yanvarın 28-də M.Şükürovanı oğurlayaraq Ə.Qasımovun evinə apararaq orada "Vinçester" markalı tüfənglə qətlə yetirib və mazutlu sahəyə atıb.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|