|
İç Xəbər / 28.08.2008 16:59 “Azercell”-in “Qızıl nömrə və telefon” kampaniyası davam edir
Kampaniyanın abonentlər tərəfindən böyük maraqla qarşılanmasını nəzərə alan “Azercell Telecom” MMC yeni seriyalı qızıl nömrələri kampaniya üzrə abonentlərə təqdim etməyə başlayıb
“Azercell Telekom” MMC-nin ötən ilin dekabrın 14-dən start verdiyi “Qızıl nömrə” və Telefon” kampaniyası davam etməkdədir. Kampaniyanın abonentlər tərəfindən böyük maraqla qarşılanmasını nəzərə alan “Azercell Telecom” MMC yeni seriyalı qızıl nömrələri kampaniya üzrə abonentlərə təqdim etməyə başlayıb. Belə ki, əgər indiyə qədər kampaniya çərçivəsində Samsung SGH-i710, Samsung SGH-G600, Nokia 6500, Nokia 6120, Sony-Ericsson P1, Sony-Ericsson K810 markalı telefonları alan şəxslərə Azercell tərəfindən yalnız (050) 223- (050) 224 seriyasından ibarət olan qızıl nömrələri hədiyyə olunurdusa, bundan sonra eyni zamanda (050) 236 seriyalı nömrələr də kampaniyada iştirak edəcək. Eyni zamanda kampaniyaya qoşulan hər bir şəxs Optimist tarif paketini, 60 dəqiqə pulsuz şəbəkədaxili danışıq imkanını və Daimi GizletCell (SOCLIR) xidmətini əldə edəcəklər. Qeyd edək ki, “Qızıl nömrə” və Telefon” kampaniyasının müddəti başlandığı tarixdən etibarən 1 ildir. Kampaniya yalnız Azercell Express ofislərində tətbiq edilir.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|