|
İç Xəbər / 28.08.2008 16:56 Bakıda keçiriləcək Dünya Gənclərinin Beynəlxalq Məşğulluq Təşkilatında bir sıra ölkələrin birinci xanımları iştirak edəcək
Punam Ahuvaliya: "Azərbaycanda olan iş yerlərinin sayını artırmaq sahəsində işlər görəcəyik"
Dünya Gənclərinin Beynəlxalq Məşğulluq Təşkilatı (YES), Azərbaycan Gənclər və İdman Nazirliyi , eləcə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 23-28-də Bakı şəhərində keçiriləcək 4-cü Dünya Gənclərinin Məşğulluq Sammitində Misir, Türkiyə, Gürcüstan, İordaniya və digər ölkələrin birinci xanımları iştirak edəcəklər. Bakıda səfərdə olan təşkilatın prezidenti Punam Ahuvaliyanın sözlərinə görə, bu sammit gənclərin məşğulluğunun təmin edilməsində, bu sahədə dünya dövlətlərinin təcrübəsinin öyrənilməsində mühüm rol oynayacaq.
“Biz əminik ki, Azərbaycanın gənclərin məşğulluğu sahəsində böyük təcrübəsi var. Dünya Gənclərinin Məşğulluq Təşkilatı bu sahədə Azərbaycana hərtərəfli kömək göstərəcək. Azərbaycanda olan iş yerlərinin sayını artırmaq sahəsində işlər görəcəyik. Sentyabrda keçiriləcək sammit sahibkarlığın inkişafına da böyük töhfə olacaq. Bundan sonra Azərbaycanda biznes inkubator mərkəzi yaradılacaq. Mən əminəm ki, bundan sonra Azərbaycan gəncliyi regionda üstün olacaq”, deyə O. Ahuvaliya bildirib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|