|
İqtisadiyyat / 28.08.2008 16:19 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kibercinayətlə bağlı seminar keçirəcək
Tədbirdə Azərbaycanın «Kibercinayət haqqında» konvensiyaya qoşulduqdan sonra hansı işlər görməli olduğu geniş müzakirə ediləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avropa Şurasının «Kibercinayət haqqında» konvensiyaya qoşulması ilə əlaqədar seminar keçirməyi planlaşdırır. Nazirlikdən verilən məlumata görə, seminarın konvensiyanın şərtlərinin yerinə yetirilməsinə cavabdeh olan dövlət təşkilatlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın bu sənədə qoşulduqdan sonra hansı işlər görməli olduğu geniş müzakirə ediləcək. Xatırladaq ki, «Kibercinayət haqqında» konvensiya 2001-ci ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeştdə qəbul olunub. Konvensiyanın məqsədi müxtəlif ölkələrdə biri-birindən fərqlənən, kompüter cinayətləri haqqında qanunları razılaşdırmaqdır. Azərbaycan tərəfi isə konvensiyaya bu il iyunun 30-da qoşulub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|