|
İdman / 28.08.2008 15:53 Bu axşam Çempionlar Liqasının püşkü atılacaq
Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21.00-da başlayacaq
Bu axşam Çempionlar Liqası qrup mərhələsinin püşkü atılacaq. Serbiyanın “Partizan” komandasını mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanan Türkiyənin "Fənərbaxça" komandası 3-cü səbətdə yer alıb. Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
1-ci Səbət: Çelsi, Liverpul, Arsenal, Mançestr Yunayted, Lion, İnter, Real Madrid, Barselona 2-ci Səbət: Bavariya, PSV Eindhoven, Vilyareal, Roma, Porto, Verder Bremen, Sportinq Lissabon, Yuventus 3-cü Səbət: Fənərbaxça, Marsel, Zenit, Styaua Buxarest, Panatinaikos, Bordo, Seltik, Bazel 4-cü Səbət: Şaxtyor Donetsk, Fiorentina, Dinamo Kiyev, Atletiko Madrid, Aalborq, Kluj, Anortosis Famaqusta, Bate Borisov
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|