|
Kriminal / 28.08.2008 15:25 Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin cinayət işi Ali Məhkəməyə göndəriləcək
Səbəb Mahir Nağıyevin Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verməsidir
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, prosesdə hakim müdafiə tərəfinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verdiyini bildirib. Bu səbəbdən proses qeyri-müəyən vaxta kimi təxirə salınıb. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin rüşvət alma (311-ci), vəzifə səlahiyyətlərindən sui-istifadə (308-cu) və vəzifə səlahiyyətlərini aşma (309-cu) maddələri ilə ittiham olunan M. Nağıyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|