|
Kriminal / 28.08.2008 14:51 İnsan alveri ilə məşğul olan Bakı şəhər sakini həbs olunub
Fərəməz Məhərrəmov isə saxta dollar satarkən tutulub
İnsan alveri ilə məşğul olan Bakı şəhər sakini həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, əvvəllər məhkum olunmuş 30 yaşlı Zaur Nuruzadə gəlir əldə etmək məqsədi ilə qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyub. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Nuruzadə həbs edilib. Sabunçu rayon Polis İdarəsininin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbə sakini Fərəməz Məhərrəmov 1000 saxta dollardan 300-nü Yaşar Bayramova satarkən tutulub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|