|
Kriminal / 28.08.2008 14:48 Neftçala və Bakı sakini avtomobil vurması nəticəsində ölüb
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb
Neftçala və Bakının Əzizbəyov rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumata göna görə, Neftçala rayonu ərazisində, rayon sakini Qəhrəman Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə həmyerlisi Sədaqət Sadıqovu vurub. Nəticədə S. Sadıqov bir gündən sonra xəstəxanada ölüb. Əzizbəyov rayonun Pirallahı qəsəbəsi ərazisində isə Masallı rayon sakini Vüsal Mövsümov idarə etdiyi “Nissan” markalı avtomobillə Bakıxanov qəsəbə sakini Nəriman Hacıəliyevi vurub. Nəticədə N. Hacıəliyev hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırmalar aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|