|
Hadisə / 28.08.2008 14:32 Pakistanın şimal-qərbində törədilən partlayışda 11 polis həlak olub
Hadisə zamanı minalanmış avtomobil polis avtobusuna çırpılıb
Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən Bannu şəhəri yaxınlığında partlayış törədilib. Verilən məlumata görə, hadisə nəticəsində ən azı 11 polis əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. Hadisə zamanı minalanmış avtomobil polis avtobusuna çırpılıb. Polisin verdiyi məlumata əsasən, partlayıcı qurğu kənardan idarəetmə ilə işə salınıb. Avqustda Pakistanda çox sayda terror aktları törədilib. Bu aksiyalara görə məsuliyyəti öz üzərinə Taliban qruplaşması götürüb. Taliban qruplaşması bəyan edib ki, hökumət silahlılara qarşı əməliyyatları dayandırmayacağı təqdirdə terror aktları davam edəcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|