|
Hərb / 28.08.2008 14:12 Gürcüstan Tsxinvalidə pilotsuz gürcü təyyarəsinin vurulmasını təkzib edir
Gürcüstan Daxili İşlər nazirliyinin informaisya departametninin rəhbəri Şota Utiaşvili bildirib ki, bu tamamilə yanlış məlumatdır
Gürcüstan Daxili İşlər Nazirliyi Cənubi Osetiya tərəfdə Tsxinvalidə pilotsuz gürcü kəşfiyyat təyyarəsinin vurulması barədə xəbəri təkzib edib. Bu barədə “Novosti-Qruziya” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl separatçı Cənubi Osetiyanın daxili işlər naziri Mixail Mindzayev bildirmişdi ki, Tsxinvalinin şimal istiqamətində pilotsuz gürcü təyyarəsi vurulub. /ASN PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|