|
Siyasət / 28.08.2008 16:16 Qazaxıstan prezidenti Rusiyanın Gürcüstandakı fəaliyyətini dəstəkləyib
"Qazaxıstan Rusiyanın Gürcüstana qarşı fəaliyyətini dəstəkləyir və əmindir ki, Moskva Cənubi Osetiyada dinc sakinlərin müdafiəsi üçün fəaliyyət göstərib"
"Qazaxıstan Rusiyanın Gürcüstana qarşı fəaliyyətini dəstəkləyir və əmindir ki, Moskva Cənubi Osetiyada dinc sakinlərin müdafiəsi üçün fəaliyyət göstərib". Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib. Bu barədə RiaNovosti məlumat yayıb. “Qərb Gürcüstan silahlı qüvvələrinin Tsxinvaliyə hücumuna əhəmiyyət vermədi. Mən hesab edirəm ki, hər şey də elə bundan başladı. Biz hamımız hesab edirik ki, Rusiyanın sonrakı fəaliyyəti çox əziyyət çəkmiş şəhərin dinc sakinlərinin müdafiəsinə yönəlmişdi. Rusiyanın cavab raskiyası əhəmiyyət verməmək, yaxud da çox əziyyət çəmiş bu şəhərdə qan tökülməsinin qarşısını almaq ola bilərdi”, deyə Nazarbayev Dmitri Medvedevlə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısından sonra görüşündə bildirib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|