|
Hərb / 28.08.2008 15:23 Güzdək qəsəbəsində 15 il əvvəl partladılan hərbi bazanın ərazisində 110 ədət müxtəlif çaplı sursat məhv edilib
ANAMA-nın 7 günlük əməliyyatlarından sonra məlum olub ki, ərazidə çox sayda hərbi sursat hələ də qalmaqdadır
Bu gün Güzdək qəsəbəsində, 15 il bundan əvvəl partladılan hərbi bazanın nəticəsində əraziyə səpələnmiş qəlpələr, daha dəqiq desək , 110 ədət müxtəlif çaplı sursat partladılıb. Qaradağ rayon Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin sifarişi ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) çevik əməliyyat qrupu avqustun 22 - dən ərazidə əməliyyat aparıb. 7 günlük əməliyyatlardan sonra məlum olub ki, bu ərazidə sursatların böyük bir hissəsi hələ də qalmaqdadır. Ona görə də , belə qərara gəlinib ki, bu işlərin tamamlanması üçün, əraziyə ANAMA-nın əsaslı qrupu gətirilsin. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|