|
Siyasət / 28.08.2008 15:11 Dmitri Medvedevlə Fransa prezidenti Nikola Sarkozi arasında növbəti telefon danışığı baş tutub
Fransa prezidenti bəyan edib ki, hər iki tərəfin imzaladığı atəşkəs haqda sənədə riayət tam olunmalıdır
Bu gün Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə Fransa prezidenti Nikola Sarkozi arasında növbəti telefon danışığı baş tutub. Rusiya həmkarı ilə söhbətində Fransa prezidenti bəyan edib ki, hər iki tərəfin imzaladığı atəşkəs haqda sənədə riayət tam olunmalıdır. "Rusiya hələ də Gürcüstan ərazisində olan hərbi birləşmələrini buradan tez bir zamanda çıxarmalıdır". O həmçinin Rusiyanın Cənubi Osetiya və Abxaziya kimi qondarma rejimlərin müstəqilliyini tanımasını Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi xarakterizə edib. Və bunun beynəlxalq hüquq çərçivəsində yol verilməz olduğunu bəyan edib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|