|
Siyasət / 28.08.2008 13:58 MSK sentyabrın 2-dən İTV və rəsmi qəzetlər vasitəsilə maarifləndirmə proqramının ikinci mərhələsinə başlayacaq
MSK üzvləri qeydiyyatdan çıxma vəsiqələrindən tutmuş seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi daxil olmaqla çeşidli mövzularda çıxış edəcəklər
Mərkəzi Seçki Komissiyası (MSK) KİV ilə maarifləndirmə proqramı həyata keçirəcək. Bu haqda məlumatı ANSPRESS-ə MSK mətbuat xidmətinini rəhbəri Azər Sarıyev verib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramını həyata keçirməkdə davam edir. «Bu proqramın tərkib hissələrindən biri də KİV ilə maarifləndirmənin həyata keçirilməsidir. Artıq MSK-nın İctimai Televiziya və rəsmi dövri nəşrlər vasitəsilə gerçəkləşdirdiyi proqramın birinci mərhələsi yekunlaşmaq üzrədir»-deyə, A. Sarıyev bildirib. A.Sarıyevin sözlərinə görə, sentyabrın 2-dən etibarən İctimai Televiziya və rəsmi qəzetlər vasitəsilə maarifləndirmə proqramının ikinci mərəhələsinə başlanılacaq. Bu mərhələdə MSK üzvləri qeydiyyatdan çıxma vəsiqələrindən tutmuş seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi daxil olmaqla çeşidli mövzularda çıxış edəcəklər. Gülnaz Qənbərli /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|