|
Hadisə / 28.08.2008 18:04 Almaniya təşkilatı Qarabağ separatçılarının sifarişi ilə film çəkəcək
Sənədli film Qarabağın musiqi ənənələri ilə bağlıdır
Almaniyanın “Kulturaktiv” ictimai təşkilatı Qarabağ separatçılarını sifarişi ilə Azərbaycanın işğal olunmuş ərazilərində Qarabağın musiqi ənənələri ilə bağlı sənədli film çəkəcək. Bu barədə təşkilatın sədri Mirko Senevald Xankədində jurnalistlərə məlumat verib. O bildirib ki, bundan sonra təşkilatın Ermənistanda həyata keçirdiyi proqramlara qondarma Dağlıq Qarabağ da daxil olub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|