|
Kriminal / 28.08.2008 12:30 Qusarda 61 yaşlı kişi toyda bıçaqlanıb
1947-ci il təvəllüdlü Adobəy Aslanov qarın nahiyəsindən ağır bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb
Bu gecə Qusarda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, 1947-ci il təvəllüdlü Adobəy Aslanov qarın nahiyəsindən ağır bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Qusar Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralının üzərində cərrahiyyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Hazırda vəziyyəti ağırdır. A.Aslanovun toyda bıçaqlandığı bildirilir. Qusar rayon polis şöbəsi isə hadisə yerində araşdırma aparır. A.Aslanovun kim tərəfindən bıçaqlanması araşdırılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|