|
Elm / 28.08.2008 16:36 İsveçrədəki Azərbaycan dili və Mədəniyyəti Məktəbinin ikinci tədris ili başlanıb
Məktəbdə həftəsonları günün birinci yarısı ümumi biliklər-Azərbaycan dili, tarixi, musiqisi və ölkəmizin bu günü haqqında bilgilər, ikinci yarısı isə Azərbaycan milli rəqsləri tədris ediləcək
Bern şəhərində İsveçrədə ilk və yeganə olan Azərbaycan dili və Mədəniyyəti Məktəbinin (ADMM) ikinci tədris ili başlanıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (İAMM) bu mühüm layihəsinə İsvecrə Maarif Nazirliyi hərtərəfli dəstək verir. Bu il Bern şəhər İcra Hakimiyyəti məktəb üçün üç böyük sinif otağı ayırıb. Sinif otaqları təhsil üçün hər cür avadanlıqla təchiz edilib. Bu məktəbdə yaş qrupuna görə iki sinif var. Onlara günün birinci yarısı ümumi biliklər-Azərbaycan dili, tarixi, musiqisi və ölkəmizin bu günü haqqında bilgilər, ikinci yarısı isə Azərbaycan milli rəqsləri tədris ediləcək. 3 sinif otağından biri isə İsveçrənin digər bölgələrindən övladlarını həftəsonu məktəbinə gətirmiş valideynlərin istirahəti üçün nəzərdə tutulub. Qeyd edək ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi İsveçrədəki Azərbaycan dili və Mədəniyyəti Məktəbinin bu il də dərslik və digər zəruri vəsaitlərlə təmin olunması məqsədilə hər cür yardım göstərib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|